Skip to main content

''AĞILLI'' MÜQAVİLƏ NƏDİR ?


50 İL bundan əvvəl hüquq elmində AĞILLI MÜQAVİLƏ terminindən ən istifadə edilsəydi, hüquqşünaslar üçün qəribə səslənərdi. 
Lakin, texnologiyanın inkişafı hüquq elimindən yan keçməyərək, artıq 1994-cü ildən başlayaraq öz təsirini bilavasitə göstərməyə başlamışdır. Belə ki, ilk dəfə AĞILLI MÜQAVİLƏ termini 1994-cü ildə Nick Szabo tərəfindən işlədilərək hüquq elminə gətirilmişdir.

Bəs AĞILLI MÜQAVİLƏ dedikdə nə başa düşülür ?
Ənənəvi müqavilədən fərqli olaraq, AĞILLI MÜQAVİLƏ insan tərəfindən hazırlanmır və bu səbəbdən də, bəzən bu cür müqa vilələri kodlaşdırılmış müqavilələr də adlandırırlar.

Bəs kodlaşdırılma nədir və harada aparılır ? 
Belə ki, bu cür müqavilələr artıq hazır kompyuter platformasında proqramlaşdırılaraq yerləşdirilir. Artıq müqavilədə tərəflər arasında olan münasibətləri tənzimələyəcək müddəalar, başqa sözlə, hüquq və öhdəliklər öz əksini avtomatik olaraq həmin proqramda tapırlar. Bəs həmin hüquq və öhdəlikləri proqrama kim daxil edir ? Daha rahat anlamaq üçün aşağıdakı misala diqqət yetirək:

Məsələn, bir sahibkar digər sahibkardan hər hansı bir malı almaq qərarına gəlir, həmin münasibətləri tənzimləməyək üçün, təbii ki, alqı-satqı müqaviləsinə ehtiyac yaranır və bu ehtiyacı təmin etmək məqsədilə, onlar kompyuter platformasına müraciət edirlər. Nəticə etibarilə, bu cür müraciətdən sonra, proqram tərəfləri hazır alqı-satqı müqavilə forması ilə təmin edir. Tərəflər proqrama yalnız rekvizitləri, müqavilənin predmetini, qiymətini, müqavilənin qüvvədə olma müddətini və müqavilə münasibətlərini tənzimləyən qanunvericiliyi daxil etdikdən sonra, hazır müqavilə forması tərəflərə həmin proqram vasitəsilə təqdim olunur. Müqavilə münasibətlərindən irəli gələn müqavilə növlərinin formaları isə, əvvəlcədən proqramlaşdırılaraq sistemdə yerləşdirilir.

Lakin, sual yaranır - əgər tərəflərdən biri müqavilənin şərtləri ilə razı olmadığı təqdirdə, tərəf həmin müqavilə şərtlərini dəyişə bilərmi və ya əgər müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə, proqram birbaşa həyacan siqnalını verirmi ? Bu və digər suallara cavab tapmaq məqsədilə, AĞILLI MÜQAVİLƏ deyilən fenomenin mənfi və müsbət tərəflərini müzakirə edək.

Belə ki, AĞILLI MÜQAVİLƏ-nin tətbiqi ilə, ilk növbədə, tərəflər bir növ xərclərini azaltmış olurlar, yəni, müqavilələrin hazırlanması üçün hüquqşünaslar cəlb olunmurlar, artıq hazır formada müqavilələr proqram tərəfindən tərtib edilərək tərəflərə təqdim edilirlər. Bir çox alimlər, hüquqşünaslar bunu müsbət qiymətləndirilərək tərəflər üçün xərclərin azalacağını bəyan edirlər. Mənim fikrimcə isə, xərclərin azalmasında qismən dəyişiklik baş verəcək, çünki, əgər tərəflərdən biri müqavilənin hər hansı şərtini dəyişmək istəyərsə, hüquqşünasların şərhi və ya müdaxiləsi mütləqdir ki, bu da tərəfləri hüquqşünaslara xərclənəcək məbləğdən azad etmir, onu qismən azaldır. 
Təbii ki, digər tərəfdən onu qeyd etməliyik ki, müqavilələrin hazırlanması prosesi daha sürətlə gedecək və həmçinin, tərəflər müqavilə şərtlərini yerinə yetirmədiyi təqdirdə, proqram avtomatik olaraq həyacan signalı verəcək ki, bu da bir növ artıq qeyri-müəyyənliyi və ya üçünçü şəxslərin müdaxiləsini istisna edir. Həmçinin, insan təsiri azaldığı üçün artıq müqavilələrdə heç bir texniki və hərfi səhvlərə yol verilməyəcək.

Bəs həmin proqram vasitəsilə hazırlanmış müqavilələr dəyişdirilə bilərmi ? 
Hazırda mövcud olan proqramlarda həmin müqavilənin yenisi ilə əvəzləyərək dəyişlik edilməsi nəzərdə tutulur, lakin, əminəm ki, texnoloqiyanın inkişafı müqaviləni yenisi ilə əvəz etmədən, onda dəyişiklik edilməsini də mümkün edəcək. Həmçinin, hazırdakı proqram platformaları tərəflərə onların özləri tərəfindən birbaşa dəyişiklik etmək hüququ vermir ki, bunun həm müsbət, həm də mənfi tərəfi vardır. Hal-hazırda, bu sahədə qanunvericilik bazasının təkmilləşməməsi, xususilə də, beynəlxalq hüquq normalarının olmaması bu tətbiq ediləcək süni intellektin təsiri altında yaranan münasibətlərin gerçəkləşməsində çətinlik yaradır. 

Onu da qeyd edək ki, artıq bəzi şirkətlər tərəfindən AĞILLI MÜQAVİLƏ formalarından istifadə edilir. Misal olaraq, AXA sığorta şirkətini qeyd edə bilərik. Belə ki, sərnişinlərin üçuşu zamanı gecikmə baş verdiyi halda, bağlanmış AĞILLI MÜQAVİLƏ əsasında sərnişinlərin hesabına gecikməyə görə avtomatik kompensasiya ödənilir.

Beləliklə, yuxarıda göstərilən nümunədən də aydın olur ki, AĞILLI MÜQAVİLƏLƏR insanların həyatını daha da asantlaşdırır, müqavilələrin bağlanması prosesini sürətləndirir, səffaflığı artırır. Lakin, qeyd etdiyimiz məsələr kommersiya hüquq münasibətlərində səsləndiyi kimi asant deyil. AĞILLI MÜQAVİLƏ-dən irəli gələn münasibətlərin gerçəkləşməsi üçün, ilk növbədə, qanunvercilik bazasının təkmilləşdirilməsinə ehtiyac vardır. 














Comments

Popular posts from this blog

Corporate Governance System of Azerbaijan

Corporate Governance System of Azerbaijan Summary  Corporate governance is the system of rules, practices and processes by which a company is directed and controlled. Corporate governance involves balancing the interests of a company's stakeholders, such as shareholders, senior management executives, customers, suppliers, government.  How the corporate governance system in Azerbaijan is directed and controlled ? What are advantages and disadvantages of the corporate governance systems ? Facets in Corporate Governance system of Azerbaijan It is well known that there are two main set of rules on the supervision of corporate governance; one-tier boards and two-tier boards. In the one-tier board system not only the management of companies, but its control (supervision) of directors of companies lies in the hands of a management, it is an additional task for the board itself, by contrast, in the two-tier system the control (supervision) of directors of companies ...

INTERACTION (my reply to the reader's letter)

I have recently received the below mentioned letter on the article   (the contractual aspects of Fifty Shades of Grey trilogy)  written previously by me.  First of all, let me express my gratitude that you have read and spent countless hours by analyzing this article. It is very delightful to receive such an analyzed opinion for this issue. Please be ensured that the confidentiality of this letter shall be observed and the letter is being published in an original copy:  Здравствуйте, Тогрул Пишет вам постоянная читательница вашего блога. Нет, я совершенно не разбираюсь в юриспруденции, я вообще блондинка, причем, это не метафора, а реальный оттенок моих волос. Ну, как реальный, крашеная… Зачем я все это вам рассказываю? : D  Итак, я искала информацию по брекзиту, а набрела на такой интересный анализ, с тех пор периодически проверяю вашу страницу на наличие обновлений.   Надо сказать, что пока я читала роман «Пятьдесят оттенков серого», я под...

ROLE OF PRINCIPLE OF PARTY AUTONOMY IN ARBITRATION

Summary The principle of party autonomy plays a significant role in arbitration. By applying this principle parties decide on provisions of a contract, applicable law and the other. But, can the principle of party autonomy be limited? Can the scope of the principle be extended to arbitral tribunal when parties make no choice of law? Does arbitral tribunal have a power to decide on an applicable law? These issues are very crucial in arbitration. Principle of Party Autonomy By applying this principle parties agree on the provisions of a contract; rights and obligations of parties, performance form of the contract etc. It is not always possible to predict the right intention of parties. Therefore, arbitral tribunal, most of the time, refer to the provisions of applicable law chosen by parties. According to this principle, the parties are free to make their own contract and choose an applicable law.      However, in the absent of choice by parties, does a...