Skip to main content

Posts

Showing posts from 2019

''AĞILLI'' MÜQAVİLƏ NƏDİR ?

50 İL bundan əvvəl hüquq elmində AĞILLI MÜQAVİLƏ terminindən ən istifadə edilsəydi, hüquqşünaslar üçün qəribə səslənərdi.  Lakin, texnologiyanın inkişafı hüquq elimindən yan keçməyərək, artıq 1994-cü ildən başlayaraq öz təsirini bilavasitə göstərməyə başlamışdır. Belə ki, ilk dəfə  AĞILLI  MÜQAVİLƏ  termini 1994-cü ildə  Nick Szabo  tərəfindən işlədilərək hüquq elminə gətirilmişdir. Bəs AĞILLI MÜQAVİLƏ dedikdə nə başa düşülür ? Ənənəvi müqavilədən fərqli olaraq, AĞILLI MÜQAVİLƏ insan tərəfindən hazırlanmır və bu səbəbdən də, bəzən bu cür müqa vilələri kodlaşdırılmış müqavilələr də adlandırırlar. Bəs kodlaşdırılma nədir və harada aparılır ?   Belə ki, bu cür müqavilələr artıq hazır kompyuter platformasında proqramlaşdırılaraq yerləşdirilir. Artıq müqavilədə tərəflər arasında olan münasibətləri tənzimələyəcək müddəalar, başqa sözlə, hüquq və öhdəliklər öz əksini avtomatik olaraq həmin proqramda tapırlar. Bəs həmin hüquq və öhdəli...

Azərbaycan ''Beynəlxalq Müqavilələrdə Elektron Rabitədən İstifadə'' barədə BTM-nin 2005-ci il Konvensiyasını ratifikasiya etmişdir

Hörmətli oxucular, Belə ki, nəzərinizə çatdırıram ki, Azərbaycan 18 Sentyabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BTM) 2005-ci il ''Beynəlxalq Müqavilələrdə Elektron Rabitədən İstifadə'' barədə qəbul edilmiş Konvensiyasını (bundan sonra Konvensiya) ratifikasiya etmişdir. Bu Konvensiya 01 Aprel 2019-ci il tarixindən bütün Azərbaycan Respublikası ərazisində qüvvədə olacaq.  Konvensiya barədə qısa xülasə Konvensiyanın əsas məqsədi beynəlxalq müqavilələr bağlanarkən elektron rabitə vasitələrindən istifadə zamanı, həmin müqavilələrin etibarlılığı və hüquqi qüvvəsi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasıdır. Bu konvensiya, beynəlxalq müqavilələrin bağlanması zamanı, müqavilə tərəflərinin qanunvericilikləri arasında  fərqli yanaşmalara texnoloji neytrallıq və funksional ekvivalentlik prinsiplərini əsas götürərək ümumi beynəlxalq standartlar tətbiq edir. Konvensiyanın tətbiqi dairəsi  Bu konvensiya, müqavilə tərəfləri konvensiyanı ratifikasiya...