Skip to main content

AZAD İQTİSADİ ZONA VƏ AZƏRBAYCAN TƏCRÜBƏSİ


Azad Iqtisadi Zona (Azad Zona) nədir ?
Bu iqtisadi-hüquqi mexanizmi istər hüquq, istərsə də iqtisadiyyat elminə yeni bir anlayış deyil. İlk dəfə, bu mexanizm yunanlar tərəfindən tətbiq edilmişdir. Azad Zonaların yaradılmasında əsas məqsədlərdən biri sahibkarların iqtisadi münasibətlərdə marağını artırmaq, investisiya fəaliyyətinə təkan vermək və bununla da ərazinin iqtisadi münasibətlərdə aktivliyini müəyyən etmək olmuşdur. Bu cür iqtisadi münasibətlərin əsas və başlıca iştirakçısı sahibkarlardır.
Beləliklə, qısa bir anlayış versək, Azad Zona yaradılan ərazidə iqtisadi münasibətlərin tənzimlənməsi üçün xüsusi gömrük və vergi rejimini müəyyən edir. Azad Zonalar ən cox beynəlxalq və ya yerli hava və dəniz limanları yaxınlıqlarında yaradılırlar. Bəs sual yaranır, niyə məhz hava və dəniz limanları yaxınlıqlarında ? Səbəblərdən biri Azad Zonaların tarixi inkişafı ilə bağlıdır. Digər və ən başlıca səbəbi isə, bu cür ərazilərdə fəaliyyət göstərən sahibkarlar malların idxalı və ixracı zamanı limanlara yaxın olmaqla daha əlverişli imkanlara malik olmaları ilə əlaqədardır.
 Bu cür Azad Zonalar sahibkarlar üçün hansı imkanlar yaradırlar ?
·         Sahibkarlar tərəfindən idxal edilən mallar, işlər və xidmətlər üçün heç bir gömrük rüsumu və vergi tətbiq edilmir, başqa sözlə, sahibkarlar malları həmin əraziyə idxal edərkən heç bir gömrük rüsumu və vergi ödəmirlər. 
·         Həmçinin, sahibkarlar ixracata və ya təkrar ixracata görə də gömrük rüsumu və vergilərdən azaddırlar. 
·         Adi qaydadan fərqli olaraq, bu cür ərazilərə artıq idxal olunmuş mallar keyfiyyət yoxlanışını keçmək üçün birbaşa sahibkarın anbarına göndərilir, yəni, idxal edilmiş heç bir mal sərhəddə bu məqsədlə saxlanılmır. 
·         İxracata hazırlanan mallar istənilən müddət ərzində ərazidə saxlanıla bilər, belə ki, limanın bağlı olması və ya ixrac olunacaq ərazidə kvota məhdudiyyətlərinin olması hallarında malların heç bir rüsum ödəmədən ərazidə saxlanılması mümkindir.
Beləliklə,bu cür ərazilərin yaradılmasının aşağıdakı üstünlükləri vardır: 
-  Sahibkarlar Azad Zonalarda gömrük rüsumlarından, vergi və digər tariflərdən azad olunaraq xərclərini əhəmiyyətli dərəcədə azaldırlar 
- Yerli və qlobal bazar rəqabəti güclənir
- Bürokratik süründürməçilik minimal həddə endirilir    
Bu sahədə Azərbaycan təcrübəsi ?
Azərbaycan bu sahədə yenidir, lakin, sevindirici haldır ki, 18 May 2018-ci il tarixində Azərbaycanın beynalxalq dəniz ticarət limanı hesab edilən ərazisində, yəni, Ələtdə bu cür iqtisadi zonanın yaradılması barədə qanun qəbul edilmişdir. 
          -  Bu qanun hansı sahələri əhatə edir? 
Bu qanun maliyyə və sığorta xidmətləri, valyuta əməliyyatları, əqli mülkiyyət və bu kimi fəaliyyət sahələri daxil olmaqla bir sıra əhəmiyyətli sahələri əhatə edir.
Deməli, Ələt iqtisadi zonasına idxal edilən mallara, işlərə və xidmətlərə görə heç bir gömrük rüsumu alınmayacaq. Bundan başqa, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
         - Ələt İqtisadi Zonası kim tərəfindən idarə olunur?
Azad Zona səlahiyyətli qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq və Azad Zonanın fəaliyyətinə birbaşa nəzarəti həyata keçirəcək.
         - Mübahisələr hansı qurumlar tərəfindən həll olunur ?
Mübahisələr Azad Zonada  yaradılacaq arbitraj mərkəzi və ya digər qurumlar tərəfindən həll olunacaq və bununla bağlı lazımı daxili qaydalar qəbul ediləcək. 
Bundan başqa, Azad Zonadakı fəaliyyətlə bağlı yaranacaq mübahisələrin həlli və təfsiri üçün Azad Zona müstəsna yurisdiksiyaya malikdir. Yəni, Azərbaycan Resublikasının hal-hazırda mövcud olan məkhəmə orqanları Azad Zonanın müstəsna yurisdiksiyasına daxil olan məsələlərə baxmayacaq. 
Onu da nəzərinizə çatdırım ki, bu qanun Azad Zonanın fəaliyyəti və idarəedilməsi ilə bağlı digər lazımı normativ hüquqi aktların qəbul edilməsindən sonra qüvvəyə minəcək. 
Beləliklə, bu cür Azad Zonaların yaradılması investisiya fəaliyyətinin aktivləşməsinə, işsizliyin səviyyəsinin artırılmasına və ümumilikdə, iqtisadiyyatın inkişafına böyük təkan vermiş olacaq.





Comments

Popular posts from this blog

Corporate Governance System of Azerbaijan

Corporate Governance System of Azerbaijan Summary  Corporate governance is the system of rules, practices and processes by which a company is directed and controlled. Corporate governance involves balancing the interests of a company's stakeholders, such as shareholders, senior management executives, customers, suppliers, government.  How the corporate governance system in Azerbaijan is directed and controlled ? What are advantages and disadvantages of the corporate governance systems ? Facets in Corporate Governance system of Azerbaijan It is well known that there are two main set of rules on the supervision of corporate governance; one-tier boards and two-tier boards. In the one-tier board system not only the management of companies, but its control (supervision) of directors of companies lies in the hands of a management, it is an additional task for the board itself, by contrast, in the two-tier system the control (supervision) of directors of companies ...

INTERACTION (my reply to the reader's letter)

I have recently received the below mentioned letter on the article   (the contractual aspects of Fifty Shades of Grey trilogy)  written previously by me.  First of all, let me express my gratitude that you have read and spent countless hours by analyzing this article. It is very delightful to receive such an analyzed opinion for this issue. Please be ensured that the confidentiality of this letter shall be observed and the letter is being published in an original copy:  Здравствуйте, Тогрул Пишет вам постоянная читательница вашего блога. Нет, я совершенно не разбираюсь в юриспруденции, я вообще блондинка, причем, это не метафора, а реальный оттенок моих волос. Ну, как реальный, крашеная… Зачем я все это вам рассказываю? : D  Итак, я искала информацию по брекзиту, а набрела на такой интересный анализ, с тех пор периодически проверяю вашу страницу на наличие обновлений.   Надо сказать, что пока я читала роман «Пятьдесят оттенков серого», я под...

ROLE OF PRINCIPLE OF PARTY AUTONOMY IN ARBITRATION

Summary The principle of party autonomy plays a significant role in arbitration. By applying this principle parties decide on provisions of a contract, applicable law and the other. But, can the principle of party autonomy be limited? Can the scope of the principle be extended to arbitral tribunal when parties make no choice of law? Does arbitral tribunal have a power to decide on an applicable law? These issues are very crucial in arbitration. Principle of Party Autonomy By applying this principle parties agree on the provisions of a contract; rights and obligations of parties, performance form of the contract etc. It is not always possible to predict the right intention of parties. Therefore, arbitral tribunal, most of the time, refer to the provisions of applicable law chosen by parties. According to this principle, the parties are free to make their own contract and choose an applicable law.      However, in the absent of choice by parties, does a...