50 İL bundan əvvəl hüquq elmində AĞILLI MÜQAVİLƏ terminindən ən istifadə edilsəydi, hüquqşünaslar üçün qəribə səslənərdi. Lakin, texnologiyanın inkişafı hüquq elimindən yan keçməyərək, artıq 1994-cü ildən başlayaraq öz təsirini bilavasitə göstərməyə başlamışdır. Belə ki, ilk dəfə AĞILLI MÜQAVİLƏ termini 1994-cü ildə Nick Szabo tərəfindən işlədilərək hüquq elminə gətirilmişdir. Bəs AĞILLI MÜQAVİLƏ dedikdə nə başa düşülür ? Ənənəvi müqavilədən fərqli olaraq, AĞILLI MÜQAVİLƏ insan tərəfindən hazırlanmır və bu səbəbdən də, bəzən bu cür müqa vilələri kodlaşdırılmış müqavilələr də adlandırırlar. Bəs kodlaşdırılma nədir və harada aparılır ? Belə ki, bu cür müqavilələr artıq hazır kompyuter platformasında proqramlaşdırılaraq yerləşdirilir. Artıq müqavilədə tərəflər arasında olan münasibətləri tənzimələyəcək müddəalar, başqa sözlə, hüquq və öhdəliklər öz əksini avtomatik olaraq həmin proqramda tapırlar. Bəs həmin hüquq və öhdəli...