Azərbaycan ''Beynəlxalq Müqavilələrdə Elektron Rabitədən İstifadə'' barədə BTM-nin 2005-ci il Konvensiyasını ratifikasiya etmişdir
Hörmətli oxucular, Belə ki, nəzərinizə çatdırıram ki, Azərbaycan 18 Sentyabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BTM) 2005-ci il ''Beynəlxalq Müqavilələrdə Elektron Rabitədən İstifadə'' barədə qəbul edilmiş Konvensiyasını (bundan sonra Konvensiya) ratifikasiya etmişdir. Bu Konvensiya 01 Aprel 2019-ci il tarixindən bütün Azərbaycan Respublikası ərazisində qüvvədə olacaq. Konvensiya barədə qısa xülasə Konvensiyanın əsas məqsədi beynəlxalq müqavilələr bağlanarkən elektron rabitə vasitələrindən istifadə zamanı, həmin müqavilələrin etibarlılığı və hüquqi qüvvəsi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasıdır. Bu konvensiya, beynəlxalq müqavilələrin bağlanması zamanı, müqavilə tərəflərinin qanunvericilikləri arasında fərqli yanaşmalara texnoloji neytrallıq və funksional ekvivalentlik prinsiplərini əsas götürərək ümumi beynəlxalq standartlar tətbiq edir. Konvensiyanın tətbiqi dairəsi Bu konvensiya, müqavilə tərəfləri konvensiyanı ratifikasiya...