Azad Iqtisadi Zona (Azad Zona) nədir ? Bu iqtisadi-hüquqi mexanizmi istər hüquq, istərsə də iqtisadiyyat elminə yeni bir anlayış deyil. İlk dəfə, bu mexanizm yunanlar tərəfindən tətbiq edilmişdir. Azad Zonaların yaradılmasında əsas məqsədlərdən biri sahibkarların iqtisadi münasibətlərdə marağını artırmaq, investisiya fəaliyyətinə təkan vermək və bununla da ərazinin iqtisadi münasibətlərdə aktivliyini müəyyən etmək olmuşdur. Bu cür iqtisadi münasibətlərin əsas və başlıca iştirakçısı sahibkarlardır. Beləliklə, qısa bir anlayış versək, Azad Zona yaradılan ərazidə iqtisadi münasibətlərin tənzimlənməsi üçün xüsusi gömrük və vergi rejimini müəyyən edir. Azad Zonalar ən cox beynəlxalq və ya yerli hava və dəniz limanları yaxınlıqlarında yaradılırlar. Bəs sual yaranır, niyə məhz hava və dəniz limanları yaxınlıqlarında ? Səbəblərdən biri Azad Zonaların tarixi inkişafı ilə bağlıdır. Digər və ən başlıca səbəbi isə, bu cür ərazilərdə fəaliyyət göstərən sahibkarlar malların idxalı və ...