Skip to main content

Posts

Showing posts from December, 2017

Azərbaycan Şirkətlər Hüququnda Paradoksal Məqamlar

Bir sıra məsələlər Azərbaycan şirkətlər hüququnda qeyri-müəyyənlik, hətta paradoksal vəziyyətlər yaradıb.  Belə ki, Azərbaycan Respublikasında hüquqi şəxs formasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının mülki məcəlləsində və digər qanunlarda öz əksini tapan hüquq normalarının tələblərinə uyğun olaraq cəmiyyətlər yaradılaraq formalaşdırılır. Bir çox hüquq sistemlərində olduğu kimi, Azərbaycan qanunvericiliyində də cəmiyyətlərdə iştirakçı sayı ilə bağlı minimum və/və ya maksimum say həddələrinin müəyyən edilməsinə cəhd göstərilmişdir. Hüquqi şəxs formasında olan cəmiyyətlərdə iştirakçıların sayının nə qədər olması ilə bağlı qanunvericilikdə təzadlı məqamlara rast gəlinir. Təcrübədə bu məsələ hüquqşünaslar və hətta bununla əlaqəli olan müvafiq icra hakimiyyətlərinin mütəxəssisləri arasında qeyri-müəyyənlik yaradır. Deməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsi Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) bağlı belə bir tələb müəyyən edir:...